İsrail ordusu “Hizbullah”ın hədəflərinə zərbələr endiribbackend

İsrail ordusu “Hizbullah”ın hədəflərinə zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusunun mətbuat xidməti xəbər verir ki, İsrail ordusu Livanın cənubundakı “Hizbullah” hədəflərinə zərbələr endirib.

“İDF qüvvələri gecə ərzində Livanın cənubundakı Hizbullah infrastrukturuna zərbələr endirib”, – xəbərdə deyilir.
Xatırladaq ki, İsrail mart və aprelin əvvəllərində də “Hizbullah” hədəflərinə dəqiq zərbələr endirib. Belə ki, aprelin əvvəlində Beyrutda radikal hərəkata məxsus pilotsuz uçan aparat anbarı vurulub. Həmçinin ayın əvvəlində yəhudi dövləti ilə Livan arasındakı sərhəddə vəziyyət daha da pisləşib.

Tərəflər bir-birinin ərazisinə zərbələr endiriblər.
Ötən ilin payızında İsrail bölmələrinin geri çəkilməsinə baxmayaraq, İDF qoşunları da Livanın cənubunda beş mövqedə qalmağa davam edir.

//Samir Qurbanov, Editor.az