İsrail Müdafiə Qüvvələri (IDF) Beyrutdakı “Hizbullah” qurğularına, o cümlədən kəşfiyyat və rabitə mərkəzinə hücum etdiyini açıqlayıb.
İddia edilən zərbənin mesajı və videosu ordunun Telegram kanalında yayılıb. “Bir müddət əvvəl İsrail aviasiyası hərbi kəşfiyyat məlumatlarına əsaslanaraq, terror təşkilatı “Hizbullah”ın Beyrutdakı kəşfiyyat qərargahındakı hədəflərə zərbələr endirib. Hücumun hədəfi bu bölmənin yaraqlıları, kəşfiyyat məlumatlarının əldə edilməsi vasitələri, komanda məntəqələri və digər infrastruktur olub”, – məlumatda deyilir.
Ordunun mətbuat xidməti qeyd edib ki, hücuma məruz qalan kəşfiyyat qərargahı “Hizbullah”ın əsas elementidir, İsrail və İDF haqqında məlumat toplamaqdan məsuldur.
//Samir Qurbanov, Editor.az

