İsrail ordusu “Hizbullah” liderini öldürdübackend

İsrail ordusu “Hizbullah” liderini öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Livan paytaxtına hava hücumu həyata keçirərək “Hizbullah”ın qərargah rəisi Heytəm Əli Təbatəbaini öldürüb: “Biz “Hizbullah” terror təşkilatının ən yüksək rütbəli komandirini vurduq.

Zərbənin məqsədi təşkilatın öz imkanlarını daha da gücləndirməsinin qarşısını almaq və İsrail dövlətinə zərər verməyə çalışanlara qarşı dəqiq zərbə endirmək idi”, – İDF bildirib. Zərbə bazar günü baş tutdu və İsrail bu barədə ABŞ-ı xəbərdar edib.

“Hizbullah” Təbatəbainin ölümünü təsdiqləyib. İsrail “Hizbullah”ın mövqeyini gücləndirməsinə imkan verməyəcəyini və Livanla razılaşmalara sadiq qalacağını bildirib.

//Samir Qurbanov, Editor.az