İsrail ordusu “İslami Cihad”ın qərargahına zərbə endirib – VİDEObackend

İsrail ordusu “İslami Cihad”ın qərargahına zərbə endirib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin radikal “İslami Cihad” təşkilatının qərargahının yerləşdiyi xəstəxanalardan birinin ərazisinə hücum edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Deyr əl-Bələh bölgəsində “Əl-Əqsa” xəstəxanasının həyətində fəaliyyət göstərən “İslami Cihad” terror təşkilatının əməliyyat komandanlıq qərargahına hücum edib”, – deyə məlumatda bildirilir.

Hərbçilərin məlumatına görə, hücum zamanı həmin qərargahda fələstinli radikallar olub.

Zərbənin dəqiq hədəfə alındığı və hərbçilərin radikalların fəaliyyətində iştirak etməyən mülki şəxslər üçün riskləri minimuma endirməyə çalışdıqları vurğulanıb.

“Əl-Əqsa xəstəxanası bu zərbədən zərər görməyib və əməliyyatın onun işinə heç bir təsiri olmayıb”, – mətbuat xidməti əlavə edib.