İsrailin Qəzzanın Dərəc bölgəsindəki məktəbə endirdiyi zərbə nəticəsində 20 nəfər həlak olub. Məktəb binasında məcburi köçkünlər yaşayıblar.
Editor.az xəbər verir ki bu barədə yerli səhiyyə orqanlarına istinadən “Reuters” agentliyi məlumat yayıb. Nəşrin mənbələrinin məlumatına görə, məktəbə hücum zamanı yaralanan onlarla insan arasında qadınlar və uşaqlar da var.
Xatırladaq ki, ötən həftə İsrail Qəzza zolağında yeni quru əməliyyatı, “Gideonun arabası” əməliyyatına başlayıb.
Onun məqsədi Fələstin anklavı üzərində İsrail Müdafiə Qüvvələrinə daha sərt əməliyyat nəzarəti yaratmaq və radikal HƏMAS qruplaşmasının komanda sistemini məhv etməkdir.
//Samir Qurbanov, Editor.az

