İsrail HƏMAS terrorçularının hücumun ilk saatlarında dağıtdıqları Qəzza zolağındakı sərhəd hasarı üzərində nəzarəti bərpa edib.
Editor.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb. İsrail Müdafiə Qüvvələrinin baş sözçüsü kontr-admiral Daniel Haqari jurnalistlərlə telefon danışığında “Son 24 saat ərzində heç bir terrorçu hasarı keçə bilməyib.
Haqarinin sözlərinə görə, döyüş mühəndisi qoşunları hasarın dəliklərinə yaxın əraziləri minalamaq üçün işləyir. Eyni zamanda, İDF-nin hesablamalarına görə, az sayda terrorçu hələ də İsraildə gizlənir.
İsrail komandanlığı bildirib ki, ordu gecə ərzində Qəzza zolağındakı 200-dən çox hədəfə zərbə endirib. Qurğular arasında məsciddəki silah anbarı, HƏMAS-ın tank əleyhinə raket qüvvələrinin istifadə etdiyi mənzil və terror qruplaşmasının istifadə etdiyi hündürmərtəbəli qüllə də var.
//Samir Qurbanov. Editor.az

