İsrail ordusu Qəzza zolağına girməyə hazırdır – İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisibackend

İsrail ordusu Qəzza zolağına girməyə hazırdır – İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzza zolağında quru əməliyyatı keçirməyə hazırdırlar.

Editor.az bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi Herzi Halevi məlumat verib. Onun sözlərinə görə, indi SAXAL əməliyyatın başlanması ilə bağlı siyasi qərarı gözləyir, bundan sonra hərbçilər anklav ərazisinə daxil olacaqlar.

“SAXAL qüvvələri hazırda mövqelərini saxlayır və qətiyyətlə müdafiə olunurlar. Ordu Qəzza zolağında quru əməliyyatına hazırdır və biz ölkənin siyasi rəhbərliyi ilə birlikdə növbəti addımın məqsədləri və vaxtını müəyyən edəcəyik.

Biz düşməni ayaq üstə saxlayırıq. İndi bizə hazırlaşmaq üçün daha çox vaxt verən həm taktiki, həm də strateji mülahizələr var”, – deyə Halevi bildirib. Onun fikrincə, gələcək əməliyyatın məqsədi HƏMAS-ın yüksək rəhbərliyini məhv etməkdir. Buna görə də SAXAL bu tapşırığı effektiv şəkildə yerinə yetirməkdə “qəti qərarlıdır”.

O, aydınlaşdırıb ki, artıq “yerli döyüş əməliyyatları” aparılır və bu əməliyyatlar çərçivəsində Qəzza zolağındakı hədəflərə “dəqiq zərbələr” endirilir.

//Samir Qurbanov, Editor.az