İsrail Ordusu (SAXAL) Fələstinin HƏMAS hərəkatının təxribatlarından sonra Qəzza zolağında əməliyyatları bərpa etdiyini bildirib.
“Həmas əməliyyat fasiləsini pozaraq İsrail ərazisinə atəş açıb. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terror təşkilatı HƏMAS-a qarşı döyüş əməliyyatlarını bərpa edib”.
Editor.az xəbər verir ki, bu barədə İsrail ordusunun Telegram-dakı mesajında bildirilir. Yerli vaxtla səhər altı və yeddi radələrində Qəzza zolağından raket buraxılışı xəbərdarlığı sirenləri səslənib.
Elə ötən gecə “The Wall Street Journal” Misir rəsmilərinə istinadən iddia edib ki, İsrail və HƏMAS atəşkəsi daha bir gün uzatmağa razılaşıblar.
Qəzetin mənbələrinin məlumatına görə, razılaşma çərçivəsində əksəriyyəti qadın və uşaqlardan ibarət daha 10 girov azad ediləcək.
Xatırladaq ki, atəşkəs razılaşması ötən cümə günü qüvvəyə minmişdi.
//Samir Qurbanov, Editor.az

