İsrail ordusu Tehran, Şiraz və Əhvaza zərbələr endirdibackend

İsrail ordusu Tehran, Şiraz və Əhvaza zərbələr endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələri İrana növbəti genişmiqyaslı hücum dalğası həyata keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

Məlumata görə, SAXAL eyni vaxtda Tehran, Şiraz və Əhvazda İran hədəflərinə zərbələr endirib.

Qeyd olunur ki, zərbələrin hədəflərindən biri Şirazdakı yeraltı obyekt olub. İsrail tərəfinin məlumatına görə, burada raketlər istehsal olunub və saxlanılıb.

Tehranda hava hücumundan müdafiə bazası və bir neçə digər hərbi obyekt, Əhvazda isə müxtəlif hərbi qərargahlar hədəfə alınıb.