“İsrail ordusu Livanla sərhəddə “Hizbullah”a qarşı mübarizəni davam etdirir”.
Yenisabah.az “Bild”ə istinadən xəbər verir ki, Livan və İsrail sərhədində yenidən toqquşmalar baş verib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Livanla sərhəd zonasında İsrailin şimalına tank əleyhinə raketlərlə hücum etməyə cəhd etdiyi iddia edilən “terrorçu hücrə” vurulub.
Bundan əlavə, İsrail hərbçiləri Livanda 2 tank əleyhinə raket buraxılış məntəqəsini atəşə tutub. Oradan da Kibbutz Manara bölgəsində İsrail ordusunun bazasına hücumlar həyata keçirilib. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Hizbullah yaraqlıları isə öz növbəsində İsrailin “casus şəbəkəsinə” hücum etdiklərini iddia ediblər.

