İsrail Hərbi Dəniz Qüvvələri dekabrın 10-na keçən gecə Suriya donanmasını məhv edib.
Editor.az bildirir ki, bunu Yəhudi dövlətinin müdafiə naziri İsrael Katz deyib. Hücum “strateji təhlükələrin aradan qaldırılması üçün genişmiqyaslı əməliyyat” çərçivəsində həyata keçirilib. Katz hakimiyyətə gələn silahlı qrupları İsrailə qarşı hərəkətə keçməkdən çəkindirib.
“The Times of Israel”in mənbələri Suriya gəmilərinin Minet əl-Beyda körfəzi və Latakiya limanına raket hücumları nəticəsində məhv edildiyinə aydınlıq gətirib.
İsrael Katz Hayfadakı dəniz bazasına səfəri zamanı deyib: “Son bir neçə gün ərzində İsrail Müdafiə Qüvvələri İsrail dövlətini təhdid edən strateji hədəflərə hücum etmək və onları məhv etmək üçün hərəkətə keçib (The Times of Israel). “Kim Əsədin yolu ilə getsə, sonu da Əsəd kimi olacaq”, – o əlavə edib.
İsrail Katz həmçinin təsdiqləyib ki, İsrail ordusu Suriya ilə Colan təpələri arasındakı bufer zonada mövqelərini gücləndirir. İsrail Ərəb Respublikasının cənubunda İsrail ordusunun daimi iştirakı olmadan demilitarizasiya zonası yaratmağı planlaşdırır. Beləliklə, Təl-Əviv Suriya qrupları tərəfindən təhlükənin olmamasına zəmanət vermək niyyətindədir, – müdafiə naziri izah edib.
Xatırladaq ki, ötən gecə İsrail qırıcıları təxminən 250 hərbi obyekti vurub.
//Samir Qurbanov, Editor.az

