İsrail polisi Əl-Əqsada fələstinlilərə ibadət etməyə icazə veribbackend

İsrail polisi Əl-Əqsada fələstinlilərə ibadət etməyə icazə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər saatlarında fələstinli gənclərlə İsrail polisi arasında toqquşmalar olub.

Editor.az “sabah” qəzetinə istinadən xəbər verir ki, yaranan mübahisə zamanı İsrail polisi ixtişaş törədən fələstinli gəncləri ərazidən uzaqlaşdırmaq üçün rezin güllələrdən və səs bombalarından istifadə edib. Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına yaşanmış insident nəticəsində 31 fələstinli xəsarət alıb. Onlardan 14-ü xəstəxanada müalicə alır.

Qeyd edək ki, baş vermiş hadisəyə baxmayaraq İsrail polisi fələstinlilərə cümə namazı üçün Əl-Əqsa məscidinə girmək üçün icazə verib.

//Editor.az