İsrail prezidenti hökuməti məhkəmə islahatları prosesini dayandırmağa çağırıbbackend

İsrail prezidenti hökuməti məhkəmə islahatları prosesini dayandırmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Prezidenti İsxak Hersoq Twitter hesabında yazdığı yazıda İsrail xalqının birliyi üçün mübahisəli məhkəmə islahatları prosesini dərhal dayandırmağa çağırıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, baş nazir Netanyahunun məhkəmə islahatlarına qarşı çıxan müdafiə naziri Yoav Qalantın istefaya göndərməsindən sonra ölkədə etirazlar şiddətlənib.

Onu da qeyd edək ki, Ədliyyə naziri Yariv Levin yanvarın 5-də Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıracaq və hakimlərin seçiminə məhkəmə sisteminin təsirini azaldacaq “məhkəmə islahatları” planlaşdırdıqlarını açıqlayıb. Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin ədliyyə orqanlarının bəzi rəsmilərinin Parlamentə ötürülməsi istiqamətində atdığı addımlar hökumətlə İsrail məhkəmə sistemi, xüsusilə də Ali Məhkəmə arasında gərginliyə səbəb olub.

//Safura Bənnayeva, Editor.az