İsrail qaçqın düşərgəsini yenidən vurdu: Ölənlər çoxdurbackend

İsrail qaçqın düşərgəsini yenidən vurdu: Ölənlər çoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ötən gecə Qəzzanın mərkəzindəki Məğazi qaçqın düşərgəsini vurub.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumda ən azı 70 nəfərin həyatını itirdiyi bildirilib. Xan Yunus şəhərində iki evə edilən hücumlarda ən azı 23 fələstinli həlak olub.

İsrail ordusu 2,5 aydan çoxdur bombardman etdiyi Qəzza zolağında baş verən qarşıdurmalarda daha iki əsgərinin həlak olduğunu açıqlayıb.

İsrail ordusundan verilən yazılı açıqlamada Qəzza zolağında baş verən qarşıdurmada 14-cü Zirehli Briqadadan kiçik zabit Nitai Maizels (30) və Nahal Briqadasının 50-ci Batalyonundan Rani Tamirin (20) həlak olduğu bildirilib.

İsrail ordusunun son məlumatlarına görə, Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan indiyədək 156-sı quru işğalı prosesində olmaqla 489 İsrail əsgəri həlak olub.

//Səbinə Hüseynli, Editor.az