İsraildə məhkəmə islahatlarına etiraz olaraq keçirilən kütləvi etirazlar fonunda ölkənin əsas hava limanı olan “Ben Qurion” hava limanında bütün reyslər ləğv edilib.
Editor.az “Jpost.com”a istinadən xəbər verir ki, həmkarlar ittifaqı tərəfindən təşkil edilən genişmiqyaslı tətillərin nəticəsi olaraq uçuşlar növbəti xəbərdarlığa qədər yerinə yetirilməyəcək. Bununla bağlı açıqlamanı İsrail Hava Limanları İdarəsi Komitəsinin sədri Pinças İdan verib.
Tətillər məhkəmə islahatlarına və müdafiə naziri Yoav Qallantın məhkəmə islahatları ilə bağlı hökuməti qanunvericiliyi dondurmağa çağırmasından sonra işdən çıxarılmasına etiraz olaraq keçirilir. Gələn reyslərə gəlincə, yalnız artıq səmada olan uçuşlara eniş icazəsi veriləcək. Universitetlər, xəstəxanalar və digər sektorlarda da tətillər keçirilir.
//Samir Qurbanov,Editor.az