İsrail əsgərləri (IDF) Qəzza zolağında HƏMAS və “İslami Cihad”ın komanda mərkəzinə zərbələr endirib.
İD-nin mətbuat xidməti bildirir ki, radikalların mövqeləri anklavın şimalındakı Cəbəliyə şəhəri yaxınlığında yerləşib. “Bir müddət əvvəl İD və İsrail Hərbi Hava Qüvvələri Cəbəliyyə bölgəsində HƏMAS və “İslami Cihad”ın komanda-nəzarət mərkəzində fəaliyyət göstərən terrorçulara zərbələr endirib”, – IDF xəbər verir.
Qeyd olunur ki, yəhudi dövlətinin ordusu yerli sakinlərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüb.
xatırladaq ki, İsrail mart ayında anklavda hərbi əməliyyatların bərpasından sonra Qəzza ərazisinin 30%-nə nəzarəti bərqərar edib. İDF zolağın cənub və şimalındakı ərazilərə nəzarətini gücləndirir.
//Samir Qurbanov, Editor.az