İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS hərəkatını təcili yardım maşınları və xəstəxanalardan hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edib. İsrail hesab edir ki, bu, nəqliyyat vasitələri və obyektləri qanuni hərbi hədəflərə çevirir.
Editor.az bildirir ki, bu barədə deyə SAXAL X sosial şəbəkəsində bildirib. “HƏMAS silahlarını daşımaq və döyüşçüləri mülki şəxslər kimi gizlətmək üçün təcili yardım maşınlarından istifadə edir . Buna görə də xəstəxanalar əslində terror infrastrukturudur. Bu, beynəlxalq hüquqa ziddir və onları qanuni hərbi hədəflərə çevirir”, – SAXAL bildirib.
Beynəlxalq təşkilatlar dəfələrlə xəstəxanalara və təcili yardım maşınlarına hücumlar barədə məlumat veriblər. Belə ki, şənbə günü, noyabrın 11-də Sərhədsiz Həkimlər Təşkilatı Qəzzada Əl-Şifa xəstəxanasının doğum şöbəsinə edilən hücumlardan danışıb. Xəstəxananı boşaltmağa çalışan insanlar atəşə tutulub. Noyabrın əvvəlində İsrail özü də təcili yardımı vurduğunu etiraf edərək, maşının HƏMAS döyüşçüləri tərəfindən idarə edildiyini izah edib.
Xatırladaq ki, İsrailin HƏMAS-a qarşı cavab hərbi əməliyyatı keçirməsi fonunda Qəzza zolağında humanitar vəziyyət xeyli pisləşib. Anklavda əksəriyyəti qadın və uşaqlar olmaqla 11 mindən çox insan həlak olub. 27,5 min nəfər xəsarət alıb. Oktyabrın 7-də HƏMAS-ın müharibəyə başladığı İsrailə hücumu nəticəsində 1,2 min israilli ölüb, 5,4 min nəfər yaralanıb, 200-dən çox insan girov götürülüb.
//Samir Qurbanov, Editor.az

