İsrail Qəzza zolağını daimi olaraq işğal etməyəcək və Fələstin əhalisini anklavdan qovmayacaq – Benyamin Netanyahubackend

İsrail Qəzza zolağını daimi olaraq işğal etməyəcək və Fələstin əhalisini anklavdan qovmayacaq – Benyamin Netanyahu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Fələstinin HƏMAS hərəkatı ilə hərbi münaqişə bitdikdən sonra İsrail hərbi qüvvələri Qəzza zolağını daimi olaraq işğal etməyəcək.

Editor.az bildirir ki, o, həmçinin İsrail hakimiyyətinin Fələstin əhalisini anklavdan qovmaq planının olmadığını açıqlayıb.

“Mən bir neçə məsələdə tamamilə aydın olmaq istəyirəm. İsrail Qəzzanı daimi olaraq işğal etmək və ya onun mülki əhalisini köçürmək niyyətində deyil. İsrail Fələstin əhalisi ilə deyil, HƏMAS terrorçuları ilə mübarizə aparır və biz bunu beynəlxalq hüquqa tam uyğun olaraq edirik”, – deyə Netanyahu qeyd edib.

Siyasətçi açıq şəkildə bildirib ki, fələstinlilərin Qəzza zolağından əbədi olaraq qovulması lazım olduğuna inanan İsrail rəsmiləri və qanunvericilərinin bəyanatlarını dəstəkləmir. O vurğulayıb ki, İsrail Müdafiə Qüvvələrinin döyüşçüləri “hər gün mülki itkiləri minimuma endirmək üçün əllərindən gələni edirlər” və HƏMAS “fələstinli mülki şəxslərdən canlı qalxan kimi istifadə edərək onları maksimum dərəcədə artırmaq üçün” əllərindən gələni edir.

//Samir Qurbanov, Editor.az