İsrail Qəzzada fələstinlilərin toplaşdığı iki yeri hədəf alıb: 6 ölüb, çox sayda yaralıbackend

İsrail Qəzzada fələstinlilərin toplaşdığı iki yeri hədəf alıb: 6 ölü, çox sayda yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza Mülki Müdafiə Birliyindən bildirilib ki, İsrail qüvvələri Qəzza şəhərinin qərbindəki Kulliye məscidi və şimaldakı Cela küçəsi ətrafında toplaşan fələstinliləri döyüş təyyarələri ilə hədəfə alıb.

Hücumlarda 6 fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 172-si uşaq, 10 min 798-i qadın olmaqla 38 min 848 fələstinli həyatını itirib, 89 min 459 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
İnsanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

//Samir Qurbanov, Editor.az