İsrail Qəzzada “HƏMAS”a məxsus məntəqələri bombalayıbbackend

İsrail Qəzzada “HƏMAS”a məxsus məntəqələri bombalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusuna məxsus döyüş təyyarələri Qəzza zolağında HƏMAS Hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarına aid iki bölgəyə hava zərbələri endirib.

Editor.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada edilən raket hücumuna cavab olaraq HƏMAS-ın raket mühərrikinin istehsal edildiyi yeraltı binasının hədəf alındığı qeyd edilib. Açıqlamada yeraltı hərbi postun və onu mərkəzi binaya birləşdirən tunelin bombalandığı deyilir. Bu hücumun Qəzza zolağında raket istehsalına əhəmiyyətli zərbə vurduğu da bildirilib.

Hücum nəticəsində baş verə biləcək itki və ya xəsarətlə bağlı Fələstin Səhiyyə Nazirliyindən hələ ki heç bir açıqlama verilməyib.

//Gülnarə Abasova, Editor az