İsrail Fələstinin HƏMAS hərəkatına ultimatum verməlidir.
Bu barədə noyabrın 19-da İsrailin maliyyə naziri Bezalel Smotriç deyib. İsrailin “Yeddinci Kanalı” nazirin sözlərindən sitat gətirib: “Oğurlananları geri qaytarmaq üçün Qəzza zolağının bütün şimal hissəsini işğal etməli və HƏMAS-a məlumat verməliyik ki, girovlar geri qayıtmasa, biz öz suverenliyimizdən istifadə edib orada əbədi qalacağıq”.
Smotriçin sözlərinə görə, oğurlanmış insanları geri qaytarmaq üçün Fələstin qrupunu anklavdakı hakimiyyətdən məhrum etmək lazımdır. Nazir onu da əlavə edib ki, bu məqsədlər üçün təkcə hərbi əməliyyatlar aparmaq yox, həm də Fələstin hərəkatının ömrünü uzadan humanitar yüklərin göndərilməsini dayandırmaq lazımdır.
//Samir Qurbanov, Editor.az