İsrail Qəzzada İndoneziya xəstəxanasını intensiv bombardman edibbackend

İsrail Qəzzada İndoneziya xəstəxanasını intensiv bombardman edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra verdiyi yazılı açıqlamada hazırda Qəzza zolağında İndoneziya Xəstəxanasının güclü bombardman altında olduğunu, elektrik generatorları və binaların böyük hissələrinin bundan təsirləndiyini bildirib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 7-də İsrailə edilən hücumlarda 310-dan çox əsgər olmaqla, 1200 israillinin öldüyü, 5132 nəfərin yaralandığı açıqlanıb.

İsrail ordusunun məlumatına görə, oktyabrın 7-dən bu yana Qəzzada 70, Livan sərhədində isə 6 İsrail əsgəri həlak olub.

İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli məhbus var.

Qəzza hökumətinin İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 6150-dən çox uşaq və 4000-dən çox qadın daxil olmaqla, 14854 nəfər həlak olduğunu bildirib.

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 229 fələstinli həyatını itirib.

İsrail ordusu Qəzzada on minlərlə yaralı və mülki vətəndaşın sığındığı onlarla xəstəxananın şəhərciklərinə və ya əsas binalarına zərbələr endirib, onları evakuasiya etməyə məcbur edib. İşğal zamanı bəzi xəstəxanalara basqın olunub, hücumlarda yüzlərlə insan ölüb, yaralanıb.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında sərhəddə baş verən qarşıdurmalarda 85 Hizbullah üzvü ölüb.

Qeyd edək ki, İsrail və HƏMAS arasında münaqişəyə humanitar fasilə verəcək razılaşma bu gün qüvvəyə minib. Razılaşmaya əsasən, münaqişədə 4 günlük humanitar pauza olacaq. HƏMAS-ın saxladığı 50 israilli məhbusun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azad ediləcək. Qudra xəstəxanada olan 200 yaralının və tibb işçilərinin həyatı üçün qorxduqlarını bildirib.

İsrail ordusunun axşam saatlarında İndoneziya xəstəxanasının əsas generatorunu vurduğu və bütün şöbələrdə elektrik enerjisinin kəsildiyi bildirilib.

//Səbinə Hüseynli, Editor.az