“Associated Press” xəbər verir ki, İsrail münaqişə zamanı qaçqınların sığınacağına çevrilmiş məktəbə hava zərbəsi endirib. Uşaqlar da daxil olmaqla, azı 20 nəfər ölüb.
Məktəb Qəzza zolağının mərkəzi hissəsində yerləşir. Bundan əlavə, İsrail Qəzza zolağının Deyr əl-Bələh şəhərindəki xəstəxanaya zərbələr endirib. Orada Fələstinin HƏMAS hərəkatının komanda mərkəzinin fəaliyyət göstərdiyi iddia edilir. “Əl-Cəzirə” telekanalının məlumatına görə, 3 nəfər ölüb, 40 nəfər yaralanıb.
Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə Fələstin hərəkatının 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumu ilə başlayıb.
//Samir Qurbanov, Editor.az

