İsrailin “Kan 11” telekanalının məlumatına görə, İsrail Qəzzada Türkiyənin xilasetmə missiyasına mane olub.
Təl-Əviv HƏMAS-ın ölənlərin cəsədlərinin axtarışında əlavə yardıma ehtiyac duymadığını bildirib. İsrail hakimiyyəti iddia edib ki, qarşı tərəf işin aparılması üçün bütün lazımi məlumatlara malikdir. Cəsədləri çıxarmaq üçün xüsusi texnika və digər əlavə resurslara da ehtiyac yoxdur. İsrail hökumətinin məlumatına görə, axtarış yerlərində heç bir geoloji xüsusiyyət mövcud deyil.
“Kan 11” xəbər verir ki, bərpa işləri Türkiyədən olan xilasedicilərin iştirakı olmadan da davam edə bilər.
Qeyd edək ki, HƏMAS bu həftə 9 girovun cəsədini İsrail tərəfinə təhvil verib.
//Samir Qurbanov, Editor.az

