İsrail hökuməti Qəzza zolağında davam edən hərbi əməliyyatları genişləndirməyi planlaşdırır. Xarici KİV-lərin məlumatına görə, İsrailin Təhlükəsizlik Kabineti artıq bu planı müzakirə mərhələsinə çıxarıb. Planın icrası isə yaxın günlərdə baş tuta bilər.
Əməliyyatın əsas məqsədi
Yeni mərhələnin məqsədi Qəzzanın hələ nəzarət altına alınmamış bölgələrinə daxil olaraq HƏMAS-ın müqavimət gücünü tamamilə sarsıtmaqdır. İsrail ordusu artıq ərazinin 70-75%-ni nəzarətə götürdüyünü iddia edir. Hazırda əsas hədəflərdən biri — cənub bölgəsindəki Rəfah və onun ətrafı hesab olunur.
//Samir Qurbanov, Editor.az

