İsrail Qəzzadakı qaçqın düşərgəsini vurdu: azı 18 nəfər ölüb, 44 nəfər yaralanıbbackend

İsrail Qəzzadakı qaçqın düşərgəsini vurdu: azı 18 nəfər ölüb, 44 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat fələstinli qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 18 nəfər ölüb, ən azı 44 nəfər yaralanıb.

Ölənlər arasında BMT-nin Yaxın Şərq üzrə Fələstinli Qaçqınlar üzrə Agentliyinin (UNRWA) altı əməkdaşı da var.

Editor.az CNN-ə istinadən bildirir ki, bir gün əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) keçmiş Əl-Cauni məktəbinin binasına zərbə endirilməsi barədə məlumat vermişdi. Orada, İDF-nin məlumatına görə, HƏMAS hərəkatının silahlı qanadından olan fələstinli radikallar var idi. İsrail ordusunun məlumatına görə, məktəb binası yaraqlılar tərəfindən İDF-nin “qoşunlarına qarşı terror hücumları planlaşdırmaq və həyata keçirmək” üçün istifadə edilib.

UNRWA bir insidentdə ən çox işçinin həlak olduğunu bildirib. Onlardan biri qaçqınların qəbulu mərkəzinin müdiri olub,- təşkilat əlavə edib. UNRWA-nın CNN-in istinad etdiyi hesablamalarına görə, təxminən 12 min fələstinli qaçqın Əl-Cauni məktəbinə sığınıb.

Əl-Cəzirə telekanalının məlumatına görə, sentyabrın 10-da İsrail Qəzzanın cənubunda fələstinli qaçqınlar üçün çadır düşərgəsinə hücum edib. Telekanalın məlumatına görə, zərbə nəticəsində 40 nəfər ölüb, 60 nəfər yaralanıb. Həmin gün İDF Fələstin HƏMAS hərəkatının “Xan Yunis yaxınlığındakı əl-Məvasidə humanitar zona kimi maskalanmış” komanda mərkəzinə zərbə endirdiyini bildirib.

//Samir Qurbanov, Editor.az