“İsrail-HƏMAS müharibəsi İsrail-Fələstin münaqişəsinin bir hissəsidir”.
Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı danışarkən politoloq Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, bu il birinci yarısında İsrail-HƏMAS müharibəsinin sonu gələ bilər:
“Nəticə etibarilə isə İsrail Qəzzanı tam olaraq nəzarətə götürəcək. Hazırda növbəti mərhələ üçün danışıqlar gedir. Danışıqların əsas məğzi Qəzzanın hansı formada idarə edilməsi, beynəlxalq qüvvələrin yerləşdirilməsi və İsrailin buna razılıq verib-verməyəcəyi ilə bağlıdır.
Həmçinin gedən münaqişələr yenidən Fələstin dövlətinin yaradılmasını da yenidən gündəmə gətirir”.
//Səbinə Hüseynli, Editor.az

