İsrail Qəzzanı vurdu, 5 jurnalist həlak oldu – “Əl-Cəzirə”backend

İsrail Qəzzanı vurdu, 5 jurnalist həlak oldu – “Əl-Cəzirə”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hərbçilərinin Qəzza zolağına hücumu nəticəsində azı 5 fələstinli jurnalist həlak olub.

Editor.az xəbər verir ki, bu açıqlama ilə “Əl-Cəzirə” telekanalı çıxış edib. Kanalın internet saytında yerləşdirilən mesajında İsrail ordusunun Quds “News Network” telekanalı üçün peyk yayımı təmin edən avtomobilə hücum etdiyi bildirilir. Jurnalistlər Nuseyrat qaçqın düşərgəsində Əl-Avda xəstəxanasının qapıları qarşısında olublar. Telekanal ən azı beş əməkdaşının – Fadi Hassouna, İbrahim əl-Şeyx Əli, Məhəmməd əl-Ladah, Faysal Əbu əl-Kumsan və Ayman əl-Cadinin öldüyünü təsdiqləyib.

Bundan əvvəl Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) baş direktoru Codi Qinsberq bildirib ki, 2024-cü ildə dünyada ən azı 95 jurnalist və media işçisi öldürülüb.

//Samir Qurbanov, Editor.az