İsrail qırıcıları Türkiyənin hava məkanını pozubbackend

İsrail qırıcıları Türkiyənin hava məkanını pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 13-də, İrana hücumların ilk gecəsində İsrail qırıcılarının bəziləri Türkiyənin hava məkanını pozub.

Oxu.Az xəbər verir ki, bu açıqlama ilə “Hürriyet” qəzetinin əməkdaşı Hande Fırat məlumat verib.

O qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri İsrail təyyarələrini aşkar etdikdən dərhal sonra bir neçə “F-16” qırıcısını havaya qaldırıb.

İsrail pilotlarına Türkiyə hava məkanını tərk etmələri əmri verilib və qırıcılar dərhal Türkiyə ərazisindən çıxıblar.