Livan Hizbullah hərəkatının infrastrukturunun məhv edilməsindən sonra İsrail ABŞ-ı əmin etdi ki, qoşunlarını Livan ərazisinə çıxarmaq niyyətindədir.
Editor.az bu barədə Amerikanın Axios portalına istinadla yazır. “Mənbənin sözlərinə görə, ABŞ və İsrail rəsmiləri arasında 48 saatlıq yüksək səviyyəli danışıqlar zamanı israillilər Ağ Evi əmin ediblər ki, bu plan (hücumçu – redaktorun qeydi) daha dar bir hədəfə malikdir və İsrail sərhədi yaxınlığındakı Hizbullah infrastrukturunu təmizləmək məqsədi daşıyır”. Daha sonra bildirilib ki, İDF (İsrail Ordusu – redaktorun qeydi) qüvvələri geri çəkilməli olub. Qəzetin mənbələri Ağ Evin İsrailin həftə sonu böyük quru hücumuna hazırlaşmasından narahat olduğunu bildirib. Vaşinqton narahatlığını İsrailə çatdırıb.
Qəzetin mənbələri Ağ Evin İsrailin həftə sonu böyük quru hücumuna hazırlaşmasından narahat olduğunu bildirib. Vaşinqton narahatlığını İsrailə çatdırıb. Yüksək rütbəli İsrail rəsmisi də portala bildirib ki, İsrail əməliyyatı ilə bağlı planlar ilkin olaraq əhatə dairəsi ilə məhdudlaşıb.
Qeyd edək ki, oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda Hizbullaha qarşı məhdud quru hücumlarına başladığını elan edib. İsrail hərbçiləri bildiriblər ki, onlar İsrailin əhali mərkəzləri üçün birbaşa təhlükə yaradan sərhədə yaxın kəndlərə “yerli, məqsədyönlü quru reydləri” həyata keçirir. Quru əməliyyatı başlamazdan əvvəl Livan ərazisindəki Hizbullah hədəflərinə böyük hava zərbələri endirilib. “New York Times”ın məlumatına görə, əməliyyatlar kiçik komando qrupları tərəfindən həyata keçirilir, lakin lazım gələrsə, Livana daha böyük qüvvələr gətirilə bilər ki, bu da son günlər sərhəddə intensivləşib.
//Gülnarə Abasova, Editor.az