İsrail Ramazan ayında hərbi əməliyyatları dayandıracaqbackend

İsrail Ramazan ayında hərbi əməliyyatları dayandıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail, ilk günü martın 11-də olacaq müqəddəs Ramazan ayının qeyd olunması zamanı Qəzzada hərbi əməliyyatı dayandırmağa hazırdır – bu müddətdə bütün girovları azad etmək üçün HƏMAS-a zaman veriləcək

Editor.az bildirir ki, bu barədə Amerika telekanalı NBC məlumat yayıb. ABŞ prezidenti Co Bayden Qəzza zolağında atəşkəs razılaşmasının gələn bazar ertəsi, martın 4-nə qədər əldə oluna biləcəyini deyib.

“Həftə sonuna ümid edirəm… Milli təhlükəsizlik üzrə köməkçim Ceyk Sullivan mənə deyir ki, atəşkəs razılaşmasına yaxınıq, amma hələ işimiz bitməyib. Gələn bazar ertəsinə qədər ümid edirəm” Atəşkəs razılaşması əldə edəcəyik”, – Bayden bildirib.

Bu irəliləyiş İsrailin Parisdəki məsləhətləşmələrdə altı həftəlik atəşkəs və İsraildə yüzlərlə fələstinli məhbusun azad edilməsi müqabilində HƏMAS-ın 40-a yaxın girovu azad edəcəyi təklifini aldıqdan sonra baş verib.

“Axios” portalı qeyd edir ki, bu, yaxın bir neçə gün ərzində sazişin bağlanması ilə bağlı daha ciddi danışıqlara gətirib çıxara bilər – hətta Ramazan ayı başlamazdan əvvəl Vaşinqton administrasiyası bunu təkid edir.

//Samir Qurbanov, Editor.az