Yanacaq daşıyan tanker oktyabrın 7-dən bəri ilk dəfə Refah Sərhəd Qapısından keçib. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Fələstinə yardım təşkilatı UNRWA, yanacağın təxminən yarım tanker olduğunu və İsrailin yanacağın istifadəsinə məhdudiyyətlər qoyduğunu açıqlayıb.
UNRWA-nın Əlaqələr üzrə Direktoru Tomas Uayt Misirdən 23,027 LT yanacaq (yarım tanker) alındığını, lakin onun istifadəsinin İsrail hakimiyyəti tərəfindən (yanacaq) yalnız Rəfahdan yardımın daşınması üçün məhdudlaşdırıldığını deyib. Xəstəxanalar üçün su və yanacaq olmadığını da qeyd edib: “Bu, həyat qurtaran fəaliyyətləri davam etdirmək üçün gündəlik ehtiyaclarımızın yalnız 9 faizini təşkil edir”.
Qəzzada hökumətin verdiyi məlumata görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 4 min 650-si uşaq, 3 min 145-i qadın olmaqla 11 min 320 nəfər həlak olub.
Oktyabrın 7-dən bəri İordaniya çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində isə 197 fələstinli həyatını itirib.
Qeyd edək ki, İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bəri sərhəddə baş verən qarşıdurmalarda 74 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
//Səbinə Hüseynli, Editor.az

