İsrail Rəfah şəhərini götürəcəyinin anonsunu verdibackend

İsrail Rəfah şəhərini götürəcəyinin anonsunu verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailli “HƏMAS” girovlarına azadlıq verilməsə, mart ayında Qəzza zolağındakı Rəfah şəhəri yəhudi dövlətinin qoşunları tərəfindən ələ keçiriləcək.

“Dünya və HƏMAS liderləri bilməlidir ki, Ramazana qədər girovlarımız evdə olmasalar, Rəfah bölgəsi də daxil olmaqla hər yerdə döyüşlər davam edəcək. Biz bunu koordinasiyalı şəkildə edəcəyik”, – Benni Qanz deyib.

Eyni zamanda o qeyd edib ki, İsrail Fələstin anklavından dinc sakinlərin təxliyyəsinə kömək etməyə hazırdır. O, xatırladıb ki, fələstinli terrorçuların seçimi var: təslim olsunlar, girovları evlərinə göndərsinlər, sonra Fələstin anklavının sakinləri Ramazan bayramını öz evlərində təhlükəsiz şəkildə qeyd edə biləcəklər.

//Samir Qurbanov, Editor.az