İsrail Rəfah şəhərini vurdu, 100-dən çox adam öldübackend

İsrail Rəfah şəhərini vurdu, 100-dən çox adam öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail kiçik bir ərazidə yüz minlərlə insanın döyüşlərdən qaçaraq sığındığı Qəzza zolağının cənubundakı Rəfah şəhərinə zərbələr endirib.

Editor.az “Al Mayadeen” telekanalının məlumatına istinadən xəbər verir ki, 100-dən çox insan həlak olub, 230-dan çox insan yaralanıb. “Reuters” hadisə şahidlərinə istinadən yazır ki, güclü gecə partlayışları şəhərdə kütləvi panikaya səbəb olub. Bəziləri İsrailin qurudan hücuma keçməsindən ehtiyat edib.

İsrail ordusu da Qəzza zolağının cənub hissəsində “bir sıra zərbələr” həyata keçirdiyini təsdiqləyib. İsrail ordusu öz Teleqram mesajında “Zərbələr tamamlandı”, – deyə məlumat yayıb.

//Samir Qurbanov, Editor.az