İsrail Rəfah şəhərini vurdu, ölənlər varbackend

İsrail Rəfah şəhərini vurdu, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail əsgərləri cümə axşamı Qəzza zolağında Rəfah şəhərini atəşə tutub.

Editor.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb. Yüksək rütbəli İsrail rəsmisi cümə axşamı günü axşam saatlarında Qəzza zolağında döyüşlərə son qoymaq üçün Qahirədə keçirilən dolayı danışıqların sonuncu raundunun başa çatdığını və İsrailin Rəfahda və Qəzza zolağının digər hissələrində planlaşdırıldığı kimi əməliyyatını davam etdirəcəyini bildirib.

O qeyd edib ki, İsrail vasitəçilərə HƏMAS-ın girovları azad etmək təklifi ilə bağlı qeyd-şərtlərini təqdim edib. Netanyahu videomüraciətində, “Lazım gəlsə, dırnaqlarımızla qələbə qazanacağıq” deyib.
Qəzzanın hələ də İsrail quru qüvvələri tərəfindən ələ keçirilməmiş ən böyük şəhər ərazisi olan Rəfahda sakinlər və həkimlər bildiriblər ki, İsrailin Braziliya məhəlləsinin şərqindəki məscidə hücumu nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hadisə yerindən çəkilmiş videogörüntülərdə minarənin dağıntılar altında qalması və ədyala bükülmüş iki cəsədin olduğu görünür.

İsrailin Rəfah şəhərinin Sabra bölgəsində iki evə endirdiyi hava hücumunda qadın və uşaqlar da daxil olmaqla ən azı 12 nəfər həlak olub. Həkimlər, qohumlar və qrup ölənlər arasında əl-Mücahidlər briqadasının yüksək rütbəli komandiri və ailəsi ilə yanaşı qruplaşmanın digər liderinin ailəsinin də olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az