İsrail Rəfah şəhərinin bombardmanını gücləndiribbackend

İsrail Rəfah şəhərinin bombardmanını gücləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərini bombardmanlarını gücləndirib.

Editor.az bu barədə “Reuters”ə istinadən xəbər verir. Qeyd olunur ki, İsrail ordusu Rəfahın şimalında yerləşən Xan Yunis qəsəbəsində əməliyyatları gücləndirdiyini bildirib.

Qəzza zolağında baş verən hadisələrlə bağlı gündəlik hesabatında o, Rəfaha hücumlardan bəhs etməyib və şərh sorğusuna cavab verməyib. Təxminən 1,5 milyon insan anklavın ən cənub kənarında, Misir sərhədinə yaxın olan Rəfahdadır və onların əksəriyyəti İsrailin hərbi hücumundan xilas olmaq üçün şimaldakı evlərini tərk edib. Bundan əlavə, son iki həftə ərzində Misirdən Qəzza zolağına gələn yardım axını demək olar ki, dayanıb və BMT-nin məlumatına görə, təhlükəsizliyin pisləşməsi daxil olan ərzaqların paylanmasını çətinləşdirir.

//Samir Qurbanov, Editor.az