İsrail Rəfahda hərbi əməliyyatları genişləndirəcəkbackend

İsrail Rəfahda hərbi əməliyyatları genişləndirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Müdafiə Nazirliyinin rəhbəri Yoav Galant Rəfah əməliyyatına əlavə qüvvələrin cəlb olunacağını açıqlayıb: “Ərazidə bir neçə tunel qüvvələrimiz tərəfindən dağıdılıb və tezliklə daha çox tunel məhv ediləcək.

Bu təsir güclənəcək. HƏMAS indi özünə gələ biləcək bir təşkilat deyil”, – Yoav Galant deyib. Eyni zamanda ABŞ Milli Təhlükəsizlik Müşaviri bu gün İsrailə səfər edəcək.

O, hökumət başçısı ilə görüş keçirəcək. Yada salaq ki, yəhudi dövlətinin hakimiyyəti Rəfəhdə genişmiqyaslı aksiyaların olmayacağına söz vermişdi.

//Samir Qurbanov, Editor.az