Tehran İsrail Hərbi Hava Qüvvələrinin Suriyaya zərbələri və dəniz təxribatlarını cavabsız qoymayacaq.
Axar.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri deyib.
“İsrail Suriyada davamlı zərbələr endirə biləcəyini, dənizdə zərər verə biləcəyini və cavab almayacağını düşünür. Hələ İranın cavabının necə olacağı bəlli deyil, amma İsrail rejimi sakit yatmaya bilər”, – Bagiri bildirib.

