İsrail müdafiə naziri İsrael Katz İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib.
Katzın sözlərinə görə, Laricani dünən gecə vurulub.
“Laricani və “Bəsic” komandiri dünən gecə öldürüldü. Baş nazir və mən İsrail Müdafiə Qüvvələrinə İrandakı terrorçu və repressiv rejimin rəhbərliyini axtarmağa davam etməyi tapşırdıq., – deyə Katz qeyd edib.
Qeyd edək ki, Laricani İsrail Müdafiə Qüvvələri tərəfindən 28 fevralda Əli Xamenei və digər 40 yüksək vəzifəli məmurun öldürülməsindən bəri İranı idarə edən əsas şəxsdir.
Musavat.com

