İsrail rəsmisi: “Etirazlara nəzarəti itirmişik”backend

İsrail rəsmisi: “Etirazlara nəzarəti itirmişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Netanyahunun ölkədə siyasi böhrana və kütləvi etirazlara səbəb olan mübahisəli məhkəmə tənzimləməsinə son qoymağa çağıran müdafiə nazirinin istefasından sonra əhali etirazlara başlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, yüksək rütbəli polis məmurları yerli mediaya açıqlamasında etirazların qarşısını ala bilmədiklərini bildirib.

Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran  “məhkəmə islahatı” 12 həftədir ölkə daxilində etirazlara səbəb olsa da müdafiə naziri Yoav Qalantın vəzifədən uzaqlaşdırılması martın 26-sı axşam saatlarında etiraz dalğasının daha da kəskinləşməsinə səbəb olub.

//Safura Bənnayeva, Editor.az