İsrailin Kopenhagendəki səfirliyinin yaxınlığında yenidən partlayış baş verib.
Editor.az axar.az-a istinadən bildirir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, Kopenhagen polisi partlayışın 5 gün əvvəlki partlayışla əlaqəli olub-olmadığını araşdırır.
Qeyd edək ki, oktyabrın 2-də gecə saatlarında Kopenhagenin Hellerup rayonunda İsrail səfirliyinin binasının yerləşdiyi ərazidə iki partlayış baş vermişdi.