İsrail-Səudiyyə Ərəbistanı razılaşması ilə bağlı diplomatik səylər davam edir: Səudiyyə nümayəndə heyəti Fələstin prezidenti Mahmud Abbasla görüşəcəkbackend

İsrail-Səudiyyə Ərəbistanı razılaşması ilə bağlı diplomatik səylər davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı nümayəndə heyəti İsrail-Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması üçün diplomatik səylər çərçivəsində bu həftə Ramallahda Fələstin prezidenti Mahmud Abbası ziyarət edəcək.

Editor.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Fələstin rəsmisi bildirib ki, nümayəndə heyətinə Səudiyyə Ərəbistanının ötən ay təyin olunmuş fələstinlilər üzrə qeyri-rezident elçisi rəhbərlik edəcək.Səfər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və İsrailin baş naziri Binyamin Netanyahunun keçən həftə iki ölkə arasında münasibətləri normallaşdıracaq razılaşma əldə etmək üçün səylərin davam etdiyini elan etməsindən sonra baş tutacaq.

Lakin ABŞ rəsmiləri xəbərdarlıq edir ki, Vaşinqtonla müdafiə sazişini ehtiva edən İsrail-Səudiyyə Ərəbistanı normallaşdırma sazişinin imzalanması çox uzaqdadır.

//Gülnarə Abasova, Editor.az