İsrail Suriya hava limanlarını hədəf aldıbackend

İsrail Suriya hava limanlarını hədəf aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Dəməşq və Hələb hava limanlarına hücum edib. Hava limanları fəaliyyətini dayandırıb. İsrail bu məlumatı şərh etməyib.

Editor.az bildirir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi Suriya ordusundakı hərbi mənbəyə istinadən xəbər verib.

“Bu gün günorta saat 13:50 radələrində İsrail düşməni eyni vaxtda Hələb və Dəməşq beynəlxalq hava limanlarında yaylım atəşi ilə hava hücumu həyata keçirib və bu, uçuş-enmə zolaqlarına ciddi ziyan vurub”, – mənbə bildirib. “Əl-Cəzirə”nin qeyd etdiyi kimi, hücum İran prezidenti İbrahim Rəisinin Suriya lideri Bəşər Əsədlə danışmasından, ərəb və islam ölkələrini İsraillə qarşıdurmaya çağırmasından bir neçə saat sonra baş verib. Suriya hakimiyyəti fələstinlilərə dəstək ifadə edib.

Oktyabrın 10-da “Axios” portalı mənbələrə istinadən xəbər verib ki, BƏƏ Suriya hökumətini İsrail-Fələstin münaqişəsinə qarışmamaq barədə xəbərdarlıq edib.

//Samir Qurbanov, Editor.az