İsrail Suriyanda kimyəvi silah istehsalı üzrə hərbi tədqiqat mərkəzini vurubbackend

İsrail Suriyanda kimyəvi silah istehsalı üzrə hərbi tədqiqat mərkəzini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Suriyanın Həma əyalətində yerləşən Masyaf şəhərinin kənarına çoxsaylı zərbələr endirib, ən azı 14 nəfər həlak olub.

Bu barədə sentyabrın 9-da “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, kimyəvi silah istehsalı üzrə hərbi tədqiqat mərkəzi də vurulub. Orada silah istehsal edən bir qrup iranlı hərbi ekspert olub.

Yerli səhiyyə rəsmisi bildirib ki, zərbələr nəticəsində 43 nəfər yaralanıb. Suriya dövlət mediası hücumun iki yanğına səbəb olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az