İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin məlumatına görə, İsrail qırıcıları iyunun 3-də İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Suriyanın cənubuna zərbələr endirib.
İsrail silahlı qüvvələri “Suriya ərazisindən iki mərmi atılmasını” qeydə aldıqlarını və onun yaşayış olmayan əraziyə düşdüyünü bildiriblər. Buna cavab olaraq hərbçilər Suriyanın cənubundakı hədəflərə zərbələr endiriblər. Bundan sonra müdafiə naziri İsrael Katz bildirib ki, hadisəyə görə Suriyanın keçid prezidenti Əhməd əl-Şaraa məsuliyyət daşıyır.
Suriyanın yeni hakimiyyət orqanları isə İsrailin atəşə tutulmasında əli olduğunu inkar edib və İsrailin Suriya ərazisini atəşə tutmasını pisləyib.
//Samir Qurbanov, Editor.az