İsrail Suriyanı vurdu, azı 12 nəfər öldübackend

İsrail Suriyanı vurdu, azı 12 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın Hələb şəhəri ətrafına zərbələr endirib.

Editor.az bildirir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb. Agentlik bir neçə nəfərin öldüyünü və “maddi ziyanı” təsdiqləyib. Suriyada İnsan Haqlarının Monitorinqi Mərkəzinin (Londonda, müxalifətə yaxın) məlumatına görə, azı 12 iranpərəst döyüşçü öldürülüb.

“Al Hadath” telekanalının (Dubaydan yayımlanan) məlumatına görə, Hələbin şimalında yerləşən kiçik şəhərdə – Hayyanda mis əritmə zavoduna hava zərbələri endirilib. Suriya mediasının məlumatına görə, Suriyanın hava hücumundan müdafiə sistemləri baraj atəşi açıb və bir neçə raketi vurub.
Suriya Müdafiə Nazirliyinin məlumatı departamentin Facebook səhifəsində məlumat verilir. “Əl-Ərəbiyyə”yə görə isə hücum Suriya ordusunun tərəfində vuruşan “Hizbullah” şiə milislərinin döyüşçülərinin düşərgəsinin yerləşdiyi ərazini hədəf alıb.

Xatırladaq ki, mayın sonunda Suriyanın Homs əyalətində hərbi bazaya endirilən hava zərbəsi nəticəsində 6 şiə döyüşçü həlak olub. İsrail hərbi hava qüvvələri El Furuklus kəndindəki hədəflərə hücum edib, bir neçə yanacaq tankeri məhv edilib.

//Samir Qurbanov, Editor.az