İsrailin Aralıq dənizi sahilində yerləşən Tartus liman şəhərinə endirdiyi hava zərbəsi nəticəsində iki Suriya əsgəri ölüb, altısı yaralanıb.
Editor.az “Reuters”ə istinadən bildirib ki, İsrail raketləri Həma şəhərinin kənarına düşüb və yalnız müəyyən qədər maddi ziyan vurub.
O, başqa təfərrüatları açıqlamayıb. Müxalifət mənbəsi bildirib ki, son zərbə mərkəzi Homs əyalətinin cənub-şərqində yerləşən Şuairat və Həmanın cənubundakı aerodromunun hərbi bazanı hədəf alıb. Agentlik qeyd edir ki, baza Əsədin əsas müttəfiqi olan Rusiyanın möhkəmləndirdiyi əsas hərbi obyektlərdən biridir və və müxaliflərə qarşı reydlər keçirmək üçün istifadə edilir.
Ümumiyyətlə İsrail son illərdə Suriyadakı şübhəli İran hədəflərinə yüzlərlə zərbə endirsə də, Rusiyanın hərbi aktivlərinin müşahidə olunduğu sahilyanı əyalətlərə zərbə endirməkdən yayınıb. Zərbələr Rusiya hərbi gəmilərinin dayandığı Tartus limanında Rusiya donanmasının yeganə Aralıq dənizi bazası yaxınlığına endirilib, hansı ki, Rusiyanın Xmeymim hava bazası da qonşu Latakiya əyalətində yerləşir.
//Samir Qurbanov, Editor.az