İsrail terrorçuları edam etməyə başlayacaqbackend

İsrail terrorçuları edam etməyə başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail parlamenti — Knesset terrorçular üçün ölüm cəzasını nəzərdə tutan qanun layihəsini ilk oxunuşda qəbul edib.

Editor.az The Jerusalem Post-a istinadən xəbər verir ki, layihənin lehinə 39 deputat səs verib, 16 deputat isə əleyhinə çıxıb. Qanun layihəsi indi müzakirə olunmaq üçün Knesset komitələrinə göndəriləcək, daha sonra isə plenar iclasda ikinci və üçüncü oxunuşlardan keçəcək.

Layihəyə əlavə olunmuş izahat sənədində qeyd olunur ki, həbs cəzası terrorçuları çəkindirmir. Bu səbəbdən terrorçular tərəfindən törədilən qətllərə görə ölüm hökmünün tətbiqi təklif edilir.

Ötən həftə Baş nazirlik ofisində girov məsələləri üzrə koordinator, istefada olan briqada generalı Gal Hirsch qanun layihəsinin Benjamin Netanyahu tərəfindən təsdiqləndiyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az