İsrail terrorçuların İordan çayının qərb sahilinə sızması barədə xəbərdarlıq edibbackend

İsrail terrorçuların İordan çayının qərb sahilinə sızması barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qüdsün şərqində İordan çayının qərb sahilində yerləşən Almon qəsəbəsinə terrorçuların soxulması təhlükəsi barədə məlumat verib.

Editor.az İsrailin “Walla” xəbər portalına istinadla xəbər verir ki, bu barədə İsrail Ordusunun Logistika Komandanlığından verilən açıqlamada deyilir.

“Dərhal evin içərisində təhlükəsiz əraziyə keçin və qapını möhkəm bağlayın. Qapı və pəncərə qarşısında dayanmayın, nəqliyyat və səs-küydən qaçın”,- deyilib.

İDF həmçinin Livan ərazisindən Safed şəhəri yaxınlığında atılan təxminən 20 raketin tapıldığını bildirib. Əksəriyyəti uğurla ələ keçirilib, qalanları isə açıq sahələrə düşüb. Can itkisi olmayıb.

//Gülnarə Abasova, Editor.az