Bu ayın əvvəlində İsrailin ABŞ prezidenti Donald Tramp administrasiyasına İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığı barədə məlumat verdiyi bildirilir.
Editor.az-ın “New York Times”a istinadən verdiyi məlumata görə, ABŞ İranla nüvə sazişi bağlamaq üçün danışıqları davam etdirərkən, İsrail İrandakı nüvə obyektlərinə hücum etməyə hazırlaşır.
NYT, İsrailin ABŞ prezidenti Trampı Yaxın Şərq turnesinə çıxmazdan əvvəl bu hazırlıqlarla bağlı məlumatlandırdığını bildirib və hətta Vaşinqton və Tehran saziş imzalasa belə, baş nazir Benyamin Netanyahunun İrana hücum əmri verə biləcəyini vurğulayıb.
//Gülnarə Abasova, Editor.az